Hizbullah liderinə ağır itki (FOTO)
Bizi izləyin

Digər

Hizbullah liderinə ağır itki (FOTO)

İki gün əvvəl Qəzzada baş verənlərə səssiz qaldığı üçün Qərbi və Ərəb dünyasını tənqid atəşinə tutan Hizbullah liderinə ağır itki üz verib.

ANS PRESS-in məlumatına görə, Hizbullah lideri Həsən Nəsrullahın bacısı oğlunun Suriyada gedən qarşıdurmalar zamanı öldüyü bildirilir. Bu barədə Livan mediası xəbər yayıb.

Hizbullah tərəfindən verilən açıqlamada da Nəsrullahın bacısı oğlu Həmzə Yasinin öldüyü təsdiq edilib.
“Livanın Abbasiyə qəsəbəsindən olan Həmzə Yasin müqəddəs torpaqları qorumaq üçün cihad edərkən öldürülüb” – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Əsəd rejiminə qarşı vuruşan qüvvələrlə Hizbullah silahlılarının inanc yaxınlığı olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm