Bakıda möhtəşəm "Şərq gecəsi" (FOTO, VİDEO)
Bizi izləyin

Digər

Bakıda möhtəşəm "Şərq gecəsi" (FOTO, VİDEO)

Azərbaycanda növbəti dəfə "Şərq gecəsi" keçiriləcək.

ANS PRESS-in məlumatına görə, avqustun 8-də Ukraynanın əməkdar artisti, məşhur rəqqasə Alla Kuşnir paytaxtımızda möhtəşəm rəqs şousu ilə çıxış edəcək.

Ukraynalı məşhur rəqqasə "Şərq gecəsi" adlı konsertdə tamaşaçıların ağlını başdan çıxaracaq bir çox fərqli rəqslər nümayiş etdirəcək. Gecənin sürprizi isə onun qavalla rəqs etməsi olacaq. Şounun aparıcısı və təşkilatçısı teleməkanın ən cazibədar teleaparıcısı olan Zemfira Adıgözəlovadır. Onun sözlərinə görə, konsertə hazırlıq artıq bir neçə aydır davam edir və mərasim sadəcə rəqslərdən ibarət olacaq.
“Konsertin açılışını "Rövşən" ritm qrupu edəcək. Beləcə, qonaqlar məkana daxil olan kimi şərq ab-havasını hiss edəcəklər. Gecədə Moskvadan və Ərəbistandan gələn rəqqasələr də qonaqları heyran edəcək." – deyə, tədbirin təşkilatçısı sözlərinə əlavə edib.

Avqustun 8-i saat 21:00-da baş tutacaq gecəyə biletləri "Jumeirah Bilgah Beach", Park Bulvardan əldə edə bilərsiniz.












Oxumağa davam et
Reklam
Reklam

Gündəm