“Bu dedi-qoduları düşmənin casusları yayır” - Politoloq
Bizi izləyin

Digər

“Bu dedi-qoduları düşmənin casusları yayır” - Politoloq

“Vətənə xəyanətin bir növü də, "kasıbın balası öləcək, nazirin balası kef edəcək" fikirləridir”.

Bu haqda Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev son günlər cəbhə xəttində yaşanan gərginliklə əlaqədar olaraq ictimaiyyət arasında dolaşan fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, cəbhədə gərginliyin artdığı bir vaxtda insanlarımızın bir-birlərinə qarşı səsləndirdiyi ironik fikirlərin özü də vətənə xəyanətin bir növüdür:

“Ölən şərəfli, qaçıb gizlənən isə şərəfsizdir. Bu cür dedi-qodular, qorxub qaçmaq üçün bəhanədən başqa şey deyildir. Bu vətən bizimdir, kiminsə qorxaqlığı igidləri sındıra bilməz. Təhlükəli olan qeyri-peşəkar komandirlərdir, bax bunlardan qorxmaq lazımdır. Bu cür dedi-qodular xalqın mübarizə ruhunu öldürür, düşmənin əlinə su tökür. Bu dedi-qoduları düşmənin casusları yaymağa başlayır, cahillər isə çoxaldır. Hər kəs qaçsa da, vətən övladı tək başına son gülləsinə qədər torpağını qorumalıdır”.

Xatırladaq ki, son günlər cəbhədə yaşanan gərginliklə bağlı olaraq sosial şəbəkələrdə insanlar arasında “söz savaşı” başlanıb və bu kimi hallar hələ də davam etməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm