Ukraynaya göstərilən beynəlxalq diqqət Qarabağa da göstərilməlidir
Bizi izləyin

Digər

Ukraynaya göstərilən beynəlxalq diqqət Qarabağa da göstərilməlidir

Azərbaycan-Ermənistan sərhəddi və qoşunların təmas xətti boyunca baş verən atəşkəs pozuntusu ilə bağlı Bələdiyyələrin İnkişafına Yardım ictimai birliyi bəyanat yayıb:

"Bütün beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin və beyənlxalq təşkilatların birbaşa vəzifə borcudur ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsində birbaşa dəstək versinlər. Bu həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin- Ermənistan qoşunları qeyri-şərtsiz Azərbaycan torpaqlarının geri qaytarılmasının təminatı olar. Beynəlxalq təşkilatlar Ukrayna hadisələrində Rusiyaya qarşı tutduğu siyasi mövqeyi bu gün Ermənistana qarşı da tutmalıdır və Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir. İki gün ərzində Ermənistanın silahlı birləşmələri, Ordusunun hücumu nəticəsində Azərbaycan 13 əsgərini şəhid verib. Günhasız yerə Azərbaycan vətəndaşları qətlə yetirilib. Təəssüf ki, beynəlxalq təşkilatlardan açıq mətnlə qeyd olunan bəyanat eşitmirik".

"Bu münaqışənin həllində iştirak edən ATƏT Minsk Qrupu qəti mövqe ortaya qoymalı, Ermənistanın tərəfini tutmamalı və üzərinə düşən vəzifəni layinqincə yerinə yetirməlidir. Bunu kiçik insident deyil, Azərbaycana qarşı irimiqyaslı əməliyyatın həyata keçirilməsidir".

"Biz QHT olaraq, beynəlxalq təşkilatları, xaricdə fəaliyyət göstərən həmkarlarımızı Ermənistanın son günlərdə həyata keçirdiyi məqsədli və davamlı hücumlarını, atəşkəs rejimini kobud pozması faktını pisləməyə, Azərbaycanın günahsız vətəndaşlarının qətlə yetirilməsi, girov götürülməsi, təxribat-diversiya hərəkətlərinə son qoymağa, qəti şəkildə pisləyən bəyanat verməyə çağırırırq. Ermənistanın son hərəkətləri sülhə, beynəlxalq təhlükəsizliyə hədədir. İşğalçı ordu, işğalçşı dövlət cəza almayınca, iştahası daha da artır! Biz bunu ukrayna hadisələrində də şahid olduq".

Səsimizə səs verin.

Birlik sədri Niyaməddin Orduxanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm