Digər
Ağcaqanadlar kimləri daha çox "sevir" ?
Ağcaqanadların daha çox kimi dişlədiyini öyrənmək üçün aparılan araşdırma çox maraqlı nəticələr ortaya çıxarıb. İstilərin düşməsi ilə ağcaqanad mövsümü də başlayıb.
Bəs necə olur ki, insanların bəziləri axşamlar ağcaqanadların hücumuna məruz qaldığı halda, digərləri tam izolyasiyada olurlar? Milli.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, amerikalı alimlər bu məsələni araşdırmağa çalışıblar. Bu izahedilməz fakt hər zaman alimlərin diqqət mərkəzində olub. Axı hər bir insan özünü bu qaniçənlərdən qorumağa çalışır. Araşdırmalar zamanı axır ki, bu “ayrıseçkiliyin” səbəbi məlum olub.
Məlum olub ki, yay vaxtlarında pivə içməyi sevənlər daha çox ağcaqanad hücumuna məruz qalırlar. Sən demə, 0,35 litrlik cəmi bir banka pivə insanı ağcaqanadlar üçün dadlı tikə edir. Başqa bir nəticə alimləri heyrətə salıb. Sən demə, ağcaqanadlar tək pivə həvəskarları deyil, eyni zamanda yaxşı zövqü olan “modabazlardır”. Ağcaqanadlar qara paltarlar geyən adamları da dişləməyi xoşlayırlar. Qaniçənlər hamilə qadınları da asanlıqla hədəf seçirlər. Damarlarında birinci qan qrupunu daşıyan və dərisinin səthində bəzi bakteriyalar olan insanlar da ağcaqanadlar üçün asan yemdir.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO