Erməni hakerin etirafı ...
Bizi izləyin

Digər

Erməni hakerin etirafı ...

"Azərbaycanda fəaliyyət göstərən haqqin.az saytını Ermənistan tərəfi dağıdıb. Erməni tərəfinin bu hərəkəti güc göstərişi xarakteri daşıyıb”.

Publika.az-ın virtualaz.org-a istiandən məlumatına görə, bunu bu gün İrəvanda keçirdiyi mətbuat konfransında informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan Azərbaycanla Ermənistan arasındakı informasiya müharibəsinin özəlliklərini şərh edərkən deyib.

Qeyd edək ki, Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytı cəbhə xəttindəki son hadisələri ən operativ və obyektiv şəkildə işıqlandıran yeganə rusdilli portal olaraq, hamıdan öndə idi. Saytın ziyarət olunma göstəricisi son günlərdə 130 min unikal İP həddinə çatmışdı. Lakin ASALA erməni terror təşkilatının hakerləri avqustun 3-də səhər tezdən sayta kütləvi haker hücumları təşkil edərək ona girişi məhdudlaşdırdılar. Hakerlər sayta “İf You dont stop war, war will end you” şüarı yerləşdirmişdilər. Lakin bir neçə saatlıq gərgin texniki işlərdən sonra sayta girişi bərpa etmək mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm