• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Atəşkəs sona çatdı

  • Digər
  • 5 Avqust 2014 07:51
  • 5 355 Baxış
Atəşkəs sona çatdı

İsrailin yeddi saatlığa elan etdiyi atəşkəs bitib. İsrailin Baş naziri Benyamin Netanyahu uzun müddətli sülh çağırışlarına baxmayaraq, Həmasa qarşı kampaniyanı davam etdirməyə söz verib.

ANS PRESS-in məlumatına görə, İsrail lideri ölkənin hərbi qüvvələrinin Həmasın silah saxlamaq və İsrail ərazisinə daxil olmaq üçün istifadə etdiyi tunellərin məhv edilməsi səylərini sona çatdırmağa yaxın olduğunu deyib. Lakin o, deyib ki, Qəzzanın tərksilah edilməsi və Həmasın yəhudi dövlətinə raket atmasına qarşı hərbi kampaniya İsrail vətəndaşları üçün uzunmüddətli sakitlik və sabitlik təminə edilənə qədər davam etdirələcək.

Döyüşlər sakitləşsə də, fələstinlilərin yardım ala bilməsi və məcburi köçkünlərin öz evlərinə qayıda bilməsinə imkan verilməsi məqsədilə elan edilmiş humanitar atəşkəs zamanı da dayanmayıb.

Qəzza şəhərində xilasetmə işçilərinin bildirdiyinə görə, İsrail atəşkəsin başlamasından bir neçə dəqiqə sonra qaçqın düşərgəsində insan ölümü ilə nəticələnmiş raket hücumu keçirib. Qəzza rəsmiləri Şati qaçqın düşərgəsində hava hücumu nəticəsində səkkiz yaşlı qızın həlak olduğunu, 30 insanın yaralandığını bildiriblər.

Xatırladaq ki, 7 iyundan bu yana İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 1810-a çatıb, yaralı sayı isə 9400-dür.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR