Anar Məmmədovun şirkətləri “Azadlıq”ın gözündən niyə qaçdı?
Bizi izləyin

Digər

Anar Məmmədovun şirkətləri “Azadlıq”ın gözündən niyə qaçdı?

İki gündür mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan Amerika Aliyansının təsisçisi və Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədovun biznes imperiyası ilə bağlı geniş məqalə dərc olunur.

Meydan.TV-nin apardığı həmin araşdırmaya istinadən qeyd edilir ki, A.Məmmədovun cəmiyyətə bəlli olan "Garant" Holdinqdən də başqa çox sayda şirkəti var. Bu şirkətlərin adı isə indiyə qədər cəmiyyətdən gizli saxlanılıb. Ən maraqlısı isə odur ki, bu şirkətlər İngiltərə və Türkiyədə qeydiyyatdan keçirilərək rəsmiləşdiriliblər.

Ümumilikdə nazir oğlunun sərvətinə “ Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti", "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti" (Türkiyə), "BROOKWOOD INTERNATIONAL lIMITED (İngiltərə), “Transaget LTD”, Trans-European Leasing Group Ltd. və Montgomery Industries Ltd (Vircin adaları), "Azbentonit" MMC, "Royal İsteyt" MMC, "Qarant Tour" MMC, “Quba Olimpiya Kompleksi" MMC, “Avto-Media" MMC, "Ucar Aqro" MMC, "M -Trans" MMC, “Meridian”, "Transevrokom" MMC, "Zqan Konstrakşn" MMC, "Turbo.az" MMC, "Qarant Sığorta Agenti" MMC, "Goranboy Gips" ASC, Bakı Voleybol Klubu, Real Təmizlik" MMC daxil olduğu göstərilir.

Bundan əlavə, bildirilir ki, A.Məmmədov bir çox şirkətlərin Azərbaycan üzrə "françayzinq"ini alıb. Onun əlində bu cür cəmləşən 5 şirkət və 1 media qurumu var. Bunlar hotelçilik xidməti göstərən "Rixos Quba" və "Trump Towers Baku”, qida sektorunda dünyada məhşur olan KFC, geyim, saat və bjuteriya markalarından olan Versace, "Giuseppe Zanotti"ni, "National Geographic" jurnalının Azərbaycan üzrə bölməsidir.

Onu da qeyd edək ki, araşdırma adı çəkilən biznes təşkilatlarının özlərinin hesabatları, internet ünvanlarında yerləşdirilən məlumatlar əsasında hazırlanıb.

Diqqəti çəkən isə bütün media orqanlarının geniş yer verdiyi araşdırmanın ölkənin müxailət qəzetlərindən olan “Azadlıq” qəzetinin saytında (azadlıq.info) yer almamasıdır. Bu da sosial şəbəkə fəallarında belə güman yaradıb ki, həmin media orqanı Məmmədovlardan yardım alır.

Əks halda, bu cür mövzulara xüsusi həssaslıq sərgiləyən qəzetin internet versiyası bu araşdırmanı gözdən qaçırmazdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm