Yaponiyada qasırğa -1 ölü, 20 nəfər yaralı
Bizi izləyin

Digər

Yaponiyada qasırğa -1 ölü, 20 nəfər yaralı

Yaponiyada “Xalonq” qasırğası nəticəsində ən azı 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Publika.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, şiddətli külək elektrik xətlərini sıradan çıxarıb, 4 min ev işıqsız qalıb.

Ümumilikdə, 140 tikiliyə ziyan dəyib. Qasırğa Yaponiyanın nəqliyyat sistemini də iflic edib. Hava limanlarında 500-dən çox aviareys ləğv olunub. Dəmiryol nəqliyyatı fasilələrlə işləyir.

Yaponiyanın meteoroloji idarəsi dağlıq ərazilərdə torpaq sürüşmələri və daşqınlar barədə əhalini xəbərdarlıq edərək, insanları ehtiyac olmadan küçəyə çıxmamağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm