Ay səthində gəzən yadplanetli –VİDEO
Bizi izləyin

Digər

Ay səthində gəzən yadplanetli –VİDEO

Yerdənkənar sivilizasiyaların mövcudluğu haqda fikir alimlər tərəfindən ilk dəfə XVII əsrdə səslənib.

Məşhur astronom Qaliliey teleskopla Ayda dağ və vadilər görmüşdü. Bu səbəbdən bəziləri belə fərz etdilər ki, orada aylı insanlar yaşaya bilər. Ümumiyyətlə, qalaktikada milyardlarla ulduz var. Bu isə Yerdən başqa bir məkanda da həyatın mövcudluğunu istisna etmir.

1893-cü ildə isə məşhur ingilis yazıçısı Herbert Uels "Dünyaların müharibəsi" əsərində yazmışdı ki, min il sonra insan təkamül nəticəsində bozdərili, yekəbaşlı məxluqa çevriləcək. Bu gün haqqında çox danışılan yadplanetlilər də daha çox bu görkəmdə təsvir edilir. Artıq UNO və yadplanetlilər barədə minlərlə faktlar var.
İş adamı Santillinin üzə çıxardığı, 1947-ci ildə lentə alınmış "Superməxfi" filmi şübhə edənlərə ilk güclü zərbəni endirdi. Həmin filmdə yadplanetlinin yarılması prosesi əks olunub. Artıq müəmmalı obyektlərin müxtəlif zamanlarda irimiqyaslı döyüşlər və ya yeni silah növlərinin sınağı zamanı göy üzündə peyda olması barədə çoxsaylı şahid ifadələri var. Hazırda UNO və yadplanetlərin lentə alındığı foto və videolar yetərincədir. Onların varlığını sübut edən digər dəlillər də var.

Bu yaxınlarda isə “YouTube” sosial şəbəkəsində ayda hərəkət edən humanoidin videoklipi yayılıb. Klip az vaxtda böyük marağa səbəb olub və 552 min insan tərəfindən izlənib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm