Profildən o tərəfdəki əclaf
Bizi izləyin

Digər

Profildən o tərəfdəki əclaf

Məsələn, adamı profildən görürsən. Üzünün yarısını, bu üzü iki simmetrik hissəyə bölən balaca, qəşəng burun cizgisini, doğma dodaqların sağ kənarını.

Bu daha doğrudur. Onsuz da adamı sonadək tanımaq olmur, onsuz da heç kəs özünü belə, sonadək kəşf edə bilmir. Hər dəfə özü üçün gözlənilməz, təəccüblü nəsə çıxır... Və profldən gördüyün cizgiləri oxşamaq istəyirsən, barmaqlarının ucunu gəzdirirsən o üzün cizgilərində, xallarda, gözlərdə, dodaqlarda.

Təbəssümünü ovuclayıb içinə çəkmək istəyirsən - əvvəl yavaşca. Sonra bir də - bu dəfə tempi artırmaqla. Acgözləşirsən - doymaq olmur, o təbəssümü sonadək içinə çəkmək olmur. Ona görə yox ki, adamın yalnız üzünün bir hissəsini görürsən. Ona görə ki, yaxınlaşa bilmirsən. Bilmirsən, o haradadı, oturduğu masada, uzaq xəyallarında, yoxsa cəmi bir neçə addımlıq məsafəyədək gəlib.

Bilmirsən... Əllərini bədəninə, ayaqlarını yerə, fikirlərini təxəyyülünə bərk-bərk pərçimləyirsən. Təxəyyül ən sürətli nəqliyyat vasitəsidir, onun koordinatları yoxdur, sərhədləri yoxdur, o, ayrılıq, ölüm, reallıq, qanun, qadağa, gömrük-rüsum-filan tanımır. Ölümü də tanımır heç... Və sən bu əclaf təxəyyülü yaxşı tanıyırsan. Xoşbəxt edən də odu, bədbəxt edən də...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm