• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Tanınmış türk diplomatdan Ərdoğana Qarabağla bağlı çağırış – ÖZƏL

  • Digər
  • 12 Avqust 2014 15:48
  • 958 Baxış
Tanınmış türk diplomatdan Ərdoğana Qarabağla bağlı çağırış – ÖZƏL

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sabiq sədr müavini, Xarici İşlər Nazirliyinin (XİN) icra aparatının keçmiş rəhbəri Onur Öymən Azərbaycan və Ermənistan cəbhə xəttində baş verən son hadisələrdən danışıb.

Publika.az-a açıqlamasında tanınmış diplomat hadisələrin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Türkiyə hakimiyyətinə səslənib.

Cəbhə xəttində baş verən son hadisələrə, o cümlədən azərbaycanlı hərbçilərin şəhid olması ilə bağlı Ermənistan tərəfinə etirazını bildirdiyini deyən O.Öymən bu etirazın bu gün də davam etdiyini dilə gətirib.

“Çox təəssüf ki, beynəlxalq təşkilatlar Qarabağda baş verən hadisələrə göz yumur. Əksinə, dünyanın digər regionlarında baş verən hər hansı bir hadisəyə isə dərhal reaksiya verirlər. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, dünya birliyi səssiz qalır. Bu, Azərbaycan xalqına qarşı böyük ədalətsizlikdir. Bu məsələni beynəlxalq aləmdə ciddi şəkildə gündəmə gətirmək lazımdır. Ən böyük fəallığı isə Türkiyə dövlətindən gözləyirik”, - O.Öymən vurğulayıb.

Avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə də toxunan O.Öymən seçici fəallığının çox aşağı olduğuna diqqət çəkib: “Seçicilərin 25 faizi seçkilərdə iştirak etməyib. Niyə getməyib? Bu məsələ seçki texnoloqları tərəfindən də araşdırılır. Bəzi şəxslər isə deyir ki, həmin seçicilər namizədlərdən heç birini bəyənmədiyi üçün seçkilərə qatılmayıb. Əgər doğrudan da bu belədirsə, o halda bunu da araşdırmaq lazımdır”.

Vasif Həsənli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR