• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şagirdinə təcavüz etmək istəyən müəllim tutuldu

  • Digər
  • 14 Avqust 2014 13:46
  • 1 253 Baxış
Şagirdinə təcavüz etmək istəyən müəllim tutuldu

Ötən gün 9-cu sinif şagirdinin seksual xarakterlı hərəkətlərə məruz qalması ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, Dağ Kəsəmənli kənd sakini Zərnigar Muradova bildirib ki, 1 saylı Dağ Kəsəmənli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyən Rüstəm Korov onun nəvəsi 15 yaşlı Dilbər Məmmədovaya təcavüz etmək istəyib. Məlumata görə, müəllim 9-cu sinifdə oxuyan qıza əxlaqsız hərəkətlər təklif etməklə onunla cinsi əlaqədə olmaq istəyib. 15 yaşlı qız müəlliminin ona seksual xarakterli hərəkətlər etmək istədiyini evdəkilərə danışıb.

Polis daxil olmuş ərizə əsasında dərhal əməliyyata başlayıb.

Polis əməkdaşları müəllimin izahatını aldıqdan sonra R.Korov növbəti istintaqdan yayınıb və rayondan qaçıb. O, bu gün polis əməkdaşları tərəfindən Qusar rayonu ərazisində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR