Qeyri-neft məhsullarının ixracı altı ay ərzində 6.6 faiz azalıb
Bizi izləyin

Digər

Qeyri-neft məhsullarının ixracı altı ay ərzində 6.6 faiz azalıb

Yanvar-iyun aylarında 15.3 milyard dollar məbləğində ticarət əməliyyatı həyata keçirilib.

Publika.az xəbər verir ki, ticarət əlaqələrinin 9.2 faizi, yaxud 1411.3 milyon dollarlığı MDB üzvü dövlətləri ilə, 90.8 faizi və ya 13.9 milyard dollarlığı digər ölkələrlə aparılıb.

Altı ay ərzində 11.2 milyard dollarlıq məhsul ixrac olunub. Onun 424.3 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilib. 96.2 faizi və ya 10.8 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşüb. Qeyri-neft məhsullarının ixracı altı ay ərzində 6.6 faiz azalıb.

Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 4124.6 milyon dollar təşkil edib. Digər xarici dövlətlərdən idxal olunan malların dəyəri 3137.6 milyon dollar, MDB üzvü ölkələrindən isə 987 milyon dollar olub.

Xarici ticarət dövriyyəsinin 46.5 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9.2 faizi MDB-yə üzv dövlətləri ilə, 44.3 faizi digər ölkələrlə aparılıb.

Beləliklə, altı ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilən malların dəyərindən 2.7 dəfə çox olub. 7121.7 milyon dollar müsbət saldo yaranıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm