Rusiyanın Ermənistana verdiyi hərbi texnika və silahlar – SİYAHI (FOTOLAR)
Bizi izləyin

Digər

Rusiyanın Ermənistana verdiyi hərbi texnika və silahlar – SİYAHI (FOTOLAR)

Məlum olduğu kimi, hazırda Rusiyanın Gümrüdə 102-ci hərbi bazası fəaliyyət göstərir.

Ermənistanın Gümrü şəhərində yerləşən bu hərbi baza Rusiyanın cənub cinahına nəzarət üçün hərbi platsdarmdır. Bura toplanan S-300 zenit-raket kompleksləri, “MIQ-29” təyyarələri Türkiyə və Qərbdən gələn təhlükələrin qarşısında ilk sipər kimi nəzərdə tutulub. Ermənistanı böyük silah-sursat anbarına çevirən Rusiya prezident Vladimir Putinin rəhbərliyi altında Şimali Qafqazda 70 mindən artıq qüvvəni ehtiyat olaraq saxlanılır.

Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu üçün 1995-ci ildən bəri KTMT şərti düşmən əleyhinə mütəmadi təlimlər keçirir. Bu hərbi baza KTMT-nin Ermənistandakı “hərbi ofisi” rolunu oynayır. Xatırladaq ki, 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb.

102-ci hərbi bazanın rəisi isə Andrey Ruzinskindir. Bu şəxs zaman-zaman Azərbaycanı hədələyən bəyanatları ilə də yadda qalıb.

Publika.az-ın apardığı araşdırma zamanı məlum olub ki, hazırda bu hərbi bazada şəxsi heyətin sayı 3300 nəfər təşkil edir. Hərbi baza İrəvan və Gümrü qarnizonundan ibarətdir.

Publika.az Türkiyənin hərbi mənbələrinə istinadən Ermənistandakı Rusiya hərbi bazasında mövcud olan silahların və hərbi texnikanın siyahısını ilk dəfə olaraq oxuculara təqdim edir:

Döyüş vəziyyətinə gətirilmiş hərbi tanklar – 80 ədəd

Zirehli hərbi texnikalar (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2) – 160 ədəd

Piyadalar üçün nəzərdə tutulmuş zirehli hərbi avtomobillər – 75 ədəd

2А19 (Т-12) tipli artilleriya silahları – 85 ədəd

"9k51 Grad" tipli hərbi texnika və silahları – 30 ədəd

“2S3 Akatsiya” tipli özüyeriyən artilleriya qurğusu – 30 ədəd

“D-30” tipli toplar – 60 ədəd

“2S1 Gvozdika” döyüş texnikası – 10 ədəd

“SA-4 Ganef” tipli raket silahları – sayı məlum deyil

“S-75 Dvina” tipli raket silahı – sayı məlum deyil

“Scud-B” raket sistemi – sayı məlum deyil

“ZSU-23-4” döyüş texnikası – sayı məlum deyil

“9K33 Osa” döyüş texnikası – sayı məlum deyil

Araşdırmamız davam edir...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm