• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hürrəm Sultandan qəfil evlilik qərarı

  • Digər
  • 15 Avqust 2014 13:33
  • 411 Baxış
Hürrəm Sultandan qəfil evlilik qərarı

Məşhur aktrisa Məryəm Üzərli barədə yayılan son xəbərlər hamını təəccübləndirib.

Belə ki, Türkiyə mediasında yer alan xəbərlərdə aktrisanın qızının atası Can Atəşlə yaxın vaxtlarda evlənəcəyi bildirilir.

Cütlük arasındakı problemlərin öz həllini tapdığı, Məryəmin yenidən Türkiyəyə qayıtmaq üçün hazırlaşdığı deyilir.

Deyilənə görə, Məryəm və qızı Lara ilə eyni evdə yaşamaq istəyən Can Atəşin ev axtardığı iddia olunur. İş adamının tanışları onun Məryəmin könlünü aldıqdan sonra evlənmə təklif edəcəyini deyiblər.

Məryəm və Can Atəşin ailə quracaqları ilə bağlı xəbər mətbuatda əsl şok effekti yaradıb.

Xatırladaq ki, Can Atəş Məryəm Üzərlinin ondan hamilə qaldığını öyrəndikdən sonra onu tərk etmişdi. Aktrisa isə yaşadığı çətinliklərə baxmayaraq, qızını dünyaya gətirmişdi. "Tükənmişlik" sindromu səbəbi ilə Almaniyaya gedən Məryəm qızını atasına göstərmirdi. Ancaq Can Atəş üzr istədikdən sonra qızı ilə atasının görüşünə icazə verən aktrisanın hazırda çox xoşbəxt olduğu bildirilir.

Tabloid.az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR