Təsadüf, yoxsa qismət?
Bizi izləyin

Digər

Təsadüf, yoxsa qismət?

Bu qədər də olmaz!

Bu qədər də olmaz!

ABŞ-ın Ohio şəhərində 1939-cu ildə Levis ailəsinin əkiz oğlanları doğulur, lakin maddi vəziyyətləri çox pis olduğu üçün uşaqlara baxa bilmirlər. Buna görə uşaqlardan biri övladlıq verilir. Düz 40 il iki qardaş bir araya gələ bilmir. Görüşdükləri gün qəribəliklər başlayır.

Belə ki, iki qardaşa da Ceyms adı qoyulmuşdu. İkisi də vəkil idi. Mexanizmə və xalçaçılığa maraqları böyük idi, həm də professional dərəcədə. Ceyms qardaşların evləndikləri qadınların ikisinin də adları Linda idi, ikisinin də bir oğulları olmuşdu və bir-birindən xəbərsiz iki qardaş oğullarının adını Ceyms Allan qoymuşdu. Hər iki Ceyms Allan da iki dəfə evlənmişdi və ikinci arvadlarının adı Betti idi. İkisinin də itinin adı Toy idi. Və hər ikisi də hər yay Florida, Sankt-Peterburqa tətilə gedirdi. İnanmadınız? “Digest” jurnalının 1980-ci il yanvar sayını oxuyun...

21 rəqəminin sirri

İçində olduğumuz həyatın heç vaxt dəyişməyəcəyini düşünürük, ona görə qeyri-adi bir hadisə baş verəndə şok keçiririk. Halbuki görməyi bacarsaq və ya xəbərdarlıqları qəbul edib həyat yolumuzu dəyişdirə bilsək, yəqin ki, daha fərqli olardı... Eynilə Fransa İnqilabının talehsiz kralı XVI Luis kimi...

Luis hələ uşaq olanda qəribə bir adam onun hüzuruna gedir. O, gənc kralı xəbərdar etmək istəyərək, 21 rəqəminin Luis üçün təhlükəli olduğunu deyir və ömür boyu hər ayın 21-i kralın yanında olmaq istəyir, onu ancaq belə qoruya biləcəyini deyir. Luis adamı bəyənmir və saraydan uzaqlaşdırır. Həmin adam gedəndə 21 rəqəminin kralı öldürəcəyini qışqıraraq deyir. Çox uzun illərdən sonra inqilab baş verir, kral və kraliça qaçarkən meşədə yaxalanır. (1792-ci ilin 21 iyunu) 21 sentyabrda İnqilab Şurası Krallığı ləğv edərək respublika elan edir və 21 yanvar 1793-cü ildə isə kral XVI Luis edam edilir. Görəsən, 21 rəqəminin qəribə təsadüfünün fərqinə varıb o ziyarətçini xatırlamışdı? Yaxşı bəs o adam kim idi?

Qismət də əkiz ola bilir...

1900-cü il iyulun 28-də İtalyan kralı I Umberto idmançılara mükafat vermək üçün Romadan Milana gedərkən dincəlmək üçün kiçik bir restorana baş çəkir. Kiçik restoranın sahibi kralı qarşılamağa çıxanda hər kəs heyrətlənib. Çünki restoranın sahibi kral Umbertonun əkizi kimi idi. Üstəlik onun adı da Umberto idi. Amma bu bənzərlik heç nə idi, çünki hələ davamı var idi. Hər iki adam da eyni gün 14 mart 1844-cü ildə eyni qəsəbədə doğulmuşdu, hər ikisi də 22 aprel 1868-ci ildə evlənmişdi. Hər ikisinin də həyat yoldaşının adı Margarita idi və hər ikisinin bir oğlu var idi. Uşaqların ikisinin də adı Vittorio idi. Kral Umberto tac geyindiyi gün restoran sahibi Umberto kafenin açılışını etmişdi. O gündən Kral və Umberto yaxın dost olur.

1866-cı il müharibəsində kralın polkovnik rütbəsiylə orduya qatıldığı gün restoran sahibi Umberto əsgərə aparılıb. Çavuş olduğu gün isə kral alay komandiri olub. Kral Umberto çox təsirlənərək bunun əhəmiyyətli bir hadisə olduğunu bildirir. O, restoran sahibi Umbertoya yenidən görüşmək istədiyini deyir və oradan ayrılır. Lakin ertəsi gün köməkçiləri krala pis bir xəbər verir. Umberto silahla zarafat edərkən təsadüfən gülləyə tuş gələrək həlak olmuşdu. Kral çox kədərlənərək dəfn mərasiminə qatılacağını bildirir. Amma sarayın pilləkənlərindən enərkən üç dəfə silah səsi gəlir. Suiqəsdçinin ilk gülləsi boşa getsə də, digər ikisi düz kralın ürəyinə dəymişdi.

İtaliya Kralı I Umberto əkizinin öldüyü gün həyatını itirir. Eyni gün doğuldular, eyni hadisələri yaşadılar və eyni gün həyata gözlərini əbədi yumdular. Bu qədər təsadüfü kim açıqlaya bilər ki?

Qəribə hadisələr-Baronların taleyi

1872-ci ildə Fransada Baron Rodemire də Tarazone günorta evindən çıxarkən Klaude Volbonne tərəfindən öldürürülüb. Əslində burada qeyri-adi heç nə yoxdur. Lakin Baronun atası da 20 il əvvəl eyni şəkildə, eyni yerdə öldürülmüşdü və qatilin adı yenə Klaude Volbunne idi. Hər iki suiqəsdçinin bir-biri ilə heç bir əlaqəsi yox idi və çox fərqli şəhərlərdən Marselə gəlmişdilər.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm