• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Rusiya avqustda hücum etməyi sevir...”

  • Digər
  • 17 Avqust 2014 01:41
  • 487 Baxış
“Rusiya avqustda hücum etməyi sevir...”

12 Punto14 Punto16 Punto18 Punto

“Xoşbəxtlikdən Ukrayna ərazisində Rusiya sülhməramlı qüvvələri yoxdur”.

Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın şərqindəki vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Putin hər dəfə sülhdən danışanda qarşıdurmanın yeni mərhələsi başlayır. “Rusiya həm də avqustda hücum eləməyi sevir. 1993-cü ildə Abxaziyada, 2008-ci ildə Sxinvalidə də belə olmuşdu. Avqust Moskvaya sərf edir, çünki hava şəraiti hərbi əməliyyatlar üçün əlverişlidir və əksər Qərb siyasətçiləri məzuniyyətdə olur, dünyada daha az adam televizora baxır”, - deyə Saakaşvili bildirib.

Onun qənaətincə, buna görə həm Ukrayna, həm də beynəlxalq birlik indi xüsusilə ehtiyatlı olmalıdır: “Putin məğlubiyyətə doğru yoldadır, əsas odur ki, onun aqoniyası ukraynalıların əlavə həyatları hesabına başa gəlməsin".

Musavat.com

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR