ABŞ-dan “quru əməliyyatları” xəbərdarlığı
Bizi izləyin

Digər

ABŞ-dan “quru əməliyyatları” xəbərdarlığı

“ABŞ “İraq Şam İslam Dövləti” terror təşkilatına quru əməliyyatlarına başlaya bilər”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri "Fox News Sunday" televiziya kanalının efirində Nümayəndələr Palatası xarici əlaqələr üzrə komitənin üzvü Elion Engel deyib.

“Bu heç də o demək deyil ki, ABŞ İraqda quru əməliyyatların həyata keçirilməsini istəyir. Amma başqa seçim yoxdur. Hesab edirəm ki, belə bir varianta baxmalıyııq. Axı, bu bir müharibədir”, - siyasətçi bildirib.

Qeyd edək ki, İŞİD 29 iyun tarixində islam xilafətinin yaradıldığını elan edib. Terror qruplaşması həmçinin adını “İslam Dövləti” olaraq dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm