• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İstefa mədəniyyətdirmi?

  • Digər
  • 18 Avqust 2014 12:25
  • 711 Baxış
İstefa mədəniyyətdirmi?

FAKT

“Cənab sədr qurultay çağıracağını açıqlayıb. Mən də ən qısa zamanda sədr müavinliyi vəzifəsindən istefamı irəli sürəcəyəm. Qurultayımız gənclərimizə, uşaqlarımıza, gələcəyimizə ümid olsun”. - M.İncə

ŞƏRH

Dünən Türkiyə ictimaiyyəti üçün iki mühüm istefa xəbəri oxuduq. Ana müxalifət partiyası olan CHP-nin əsas simalarından Məhərrəm İncə istefa verəcəyini, partiyasının təcili qurultaya getməli olduğunu bildirdi. Digər önəmli xəbər isə “Hürriyyət” qəzetinin məşhur köşə yazarı Yılmaz Özdilin uzun illərdir çalışdığı qəzetdən istefa verməsi oldu. Yılmaz Türkiyənin yeni prezidenti Ərdoğan haqqında yazdığı sərt yazının yayımlanmamasına etiraz olaraq qurumu tərk etmişdi.

Məhərrəm İncənin istefası və qurultay tələbi olduqca təbiidir. Əgər bir partiya seçkilərə öz nümayəndəsini çıxarmırsa, digər güclü bir partiya ilə birləşərək ortaq namizəd qəbul edirsə və bu ortaq namizəd hakim partiyanın nümayəndəsinə məğlub olursa, o zaman partiya başqanının istefa verməsi ən doğru addımdır.
Kemal Kılıçdaroğlu daha neçə dəfə Ərdoğan qarşısında məğlub olmalıdır? Kılıçdaroğluna görə daha neçə peşəkar funksioner ikinci planda qalmalıdır?

İstefalar böhran yaratmaq üçün deyil, partiyalardakı böhranı aradan qaldırmaq üçündür.
İstefalar partiya daxilində canlanmanın yaranması, alt pillədə qərar tutanların üst pilləyə doğru qalxma şansının, özünü ifadə edə bilməsinin bir yoludur.

İstefalar həmçinin demokratiyanın bir parçasıdır, bir qurumu idarə edə bilməyən, sistemi işlək vəziyyətdən salan və avtoritarlaşmağa doğru aparan liderdən xilas yoludur.

Amma hakimiyyət iddiasında olan, bir neçə məğlubiyyətdən sonra geri çəkilməyərək yenə də məğlubiyyətə uğrayan liderlər əsla istefa vermək istəmirlər. Çünki heç kim partiya tarixinə uğursuz siyasətçi kimi düşmək istəməz. Ona görə də alt pillədən basqı gəlmədiyi təqdirdə ən üst kürsüdə əyləşən lider əsla öz postunu buraxmaq istəməyəcəkdir.

Bu baxımdan ən önəmli sual meydana çıxır: Alt pillədə təmsil olunanlar liderin istefasını istəyirlərmi, yoxsa liderdən asılı qalıb mövcud durumu qurtarmaq istəyirlər?

Azərbaycan siyasətində ikinci variant daha çox üstündür. Təsəvvür edin, son prezident seçkilərində Sərdar Cəlaloğlu istefa verdikdən sonra, alt pillədə təmsil olunan siyasilər bu şansı dəyərləndirmək, önə çıxmağı istəməkdənsə, istefa vermiş, uğursuzluğa düçar olmuş lideri yenidən partiyaya qaytardılar. Bu isə ölkə partiyalarının lider ətrafında formalaşan partiya tipi olduğunun bariz nümunəsi idi.

Amma Türkiyədə uzun illər partiya mədəniyyəti olduğuna görə, mütləq ki alt pillədə təmsil olunanlardan kimsə Kılıçdaroğluna “get” deyəcəkdi. Bu Məhərrəm İncə oldu. Görünür, istefa tələb edən İncə, eyni zamanda, başqanlığa da iddialı olacaq.

İndi isə Kılıçdaroğlunun sərgiləyəcəyi mədəniyyət nümunəsi qalır. İstefa mədəniyyəti...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR