• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gürcüstanda yeni virus aşkar edildi (VİDEO)

  • Digər
  • 19 Avqust 2014 00:03
  • 853 Baxış
Gürcüstanda yeni virus aşkar edildi (VİDEO)

Qonşu Gürcüstanda yeni virus yayılıb. Ölümlə nəticələnən bu virusun adı Krım-Konqodur. Ən pisi isə sonuncu bu virusa, yoluxma halının azərbaycanlıların kompakt yaşadığı Marneulidə yayılmasıdır.

ANS-in Gürcüstan bürosunun məlumatına görə, ilk dəfə 1944-cü ildə Krımda aşkarlanan Krım-Konqo virusu cənubi Avropa, Türkiyə, Aralıq dənizi ölkələri, Mərkəzi Asiya və Afrikaya qədər gedib çıxır. Qonşu Gürcüstanda isə bu virus aşkarlandığı 5 il ərzində 3 nəfərin həyatına son qoyub. Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadzenin sözlərinə görə, ölkədə indiyədək bu xəstəliyə yoluxan 35 nəfər qeydə alınıb.

Paata İmnadze qeyd edir ki, bizim xəstələr bu virusa əsasən ya birbaşa gənə dişləməsi, ya da pişiklə təmas halında yoluxublar: “Onlar ev heyvanlarını açıq əllə gənələrdən təmizləməyə çalışıblar. Həmin gənələr isə artıq xəstəliyin daşıyıcıları olduğundan virusa yoluxma halı baş verib”.

Yay aylarında artma ehtimalı daha çox olan bu xəstəliyin yüksək hərarət, üşütmə, əzələ və baş ağrıları, ishal, ürəkbulanma, burun qanaması kimi bir sıra ilkin əlamətləri var. Çox zaman adi qripdən heç nə ilə fərqlənməyən xəstəliyin zamanında aşkarlanaraq müalicə olunması ilə qarşısını almaq mümkündür. Krım-Konqo keçicilik xüsusiyyətinə də malikdir.

Paata İmnadze deyir ki, bu xəstəlik insandan-insana yalnız qan və intim yaxınlıq vasitəsilə keçə bilir. Əsas risk qrupuna isə bu xəstələrlə əlaqədə olan tibbi heyət daxildir.

Gürcüstanda Krım-Konqoya yoluxan sonuncu xəstənin isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundan olduğu deyilir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR