Digər
Ərdoğan rəqiblərini həbs etdirdi
Telefon danışıqlarının qeyri-qanuni dinlənilməsində
ittiham olunan polis əməkdaşlarının hökumətin yuxarı dairələrində
iddia edildiyi korrupsiya ilə bağlı və Baş nazir Rəcəb Tayyib
Ərdoğanın yaxın çevrəsinin də adı hallandığı araşdırmada iştirak
etdikləri bildirilir.
Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hazırkı
əməliyyatın tərkib hissəsi kimi iyul ayında azı 67 polis əməkdaşı
həbs olunmuşdu.
Dövlət mətbuatı xəbər verir ki, çərşənbə axşamı ölkənin 13
bölgəsində polis reydləri keçirilib.
Yuxarı hökumət dairələrində korrupsiya istintaqı ötən ilin dekabr
ayında başlayıb.
Araşdırmanın nəticəsinə əsasən, üç nazirin oğlu həbs olunub, dörd
nazir vəzifələrindən kənarlaşdırılıb.
Fevral ayında yayılmış və telefon danışığının yazısı olduğu iddia
edilən səs yazısında guya Ərdoğan öz oğluna milyonlarla avrodan
qurtulmağı xahiş edibmiş.
Rəcəb Tayyib Ərdoğan həmin yazını "qurama" adlandıraraq rədd
edib.
Türkiyə hökuməti həbs olunmuş polis zabitlərinin ABŞ-da yaşayan
dini xadim Fəthullah Gülənin rəhbərlik etdiyi Hizmət hərəkatı ilə
bağlı olduqlarını güman edir.
Rəsmi Ankara Gülənin Hizmət hərəkatını hökuməti devirmək məqsədi
güdməkdə ittiham edir.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı