Digər
"Ebola"dan ölənlərin sayı 1427-yə çatdı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərbi Afrikadakı "Ebola"
epidemiyasında ölənlərin sayının 1427-yə yüksəldiyini bəyan
edib.
Publika.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının
məlumatında bildirilir ki, 19-20 avqust tarixləri arasında
Liberiya, Qvineya, Sierra Leone və Nigeriyada 142 yeni Ebola
hadisəsi aşkar edilib və 77 adam dünyasını dəyişib. Beləliklə,
Liberyada 110 yeni hadisə 48 ölüm, Qvineyada 28 yeni hadisə - 10
ölüm, Sierra Leoneda 3 yeni hadisə -18 ölüm, Nigeriyada 1 yeni
hadisə, 1 ölüm qeydə alınıb.
Bununla da 20 avqusta qədər 2615 yeni Ebola hadisəsi aşkar edilib
və bunlardan 1427-i xəstəlik səbəbindən dünyasını dəyişib.
ÜST məlumatlarına görə, Ebola epidemiyasında Liberyada 624,
Qvineyada 406, Sierra Leoneda 392 və Nigeriyada da 5 adam həyatını
itirib. Ebola epidemiyasının yaşandığı Liberiya, Qvineya və Sierra
Leoneda təxminən bir milyon adam karantində saxlanılır.
Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər
tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun 5
müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən
90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq
edilmiş peyvənd növü mövcud deyil.
İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil
yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz
iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki,
böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə
olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə
bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir
müalicə və vaksin yoxdur.
Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ
ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.
“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib
və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin
vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını
xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi
dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə
verib.
Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət
altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə
elektrolit və damardaxili injeksiya yolu ilə maye daxil edilir. ABŞ
dərman şirkəti tərəfindən inkişaf etdirilən “Zmapp” vaksinləri
artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan
istifadə pulsuzdur.
Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və
peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə
vəziyyət elan edib. 4-5 sentyabr tarixində potensial Ebola
müalicəsi və peyvəndləri haqqında Cenevrə ÜST mərkəzində məsləhət
konfransı keçiriləcək.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!