Cənnətə xoş gəldin!
Bizi izləyin

Digər

Cənnətə xoş gəldin!

Yaradanı sev! Yaradılanı Yaradandan ötrü sev!

Şükrü öyrən... Səbri öyrən...

İmtahandan qorxma, imtahanlar kamilləşməyin üçündür, unutma!

Başına nə gəlirsə-gəlsin, bunun sənin üçün xeyirli olduğunu düşün.

Asiləşmə. Bizim üçün nəyin xeyirli, nəyin zərərli olduğunu ən yaxşı O bilir, unutma...

Ailəni sev, böyüklərə hər zaman sayğılı ol!

Allahın verdiklərinə layiq bir ömür sürməyə çalış!

Oxu, öyrən, çalış...

Kiçik uğursuzluqlardan, haqsızlıqlardan yenilmə... Həyatın imta-hanlarıdır bunlar. İnamımızın, imanımızın, gücümüzün və Ona bağ-lılığımızın imtahandan keçirildiyini düşün...

Dürüstlüyündən heç zaman əl çəkmə.

Bir mühakimə yürütmədən öncə hər iki tərəfi dinlə. Başqalarının fikirlərini də öyrən. Dedi-qodu etmə və yanında belə şeylər etməyə umkan vermə...

Hər zaman yaxşılıq etməyi düşün. Bəzən qarşılığında pislik, xəyanət görsən belə... Sənə yaxşılıq edənləri unutma...

Səmimi olmağa çalış, bəziləri ondan sui-istifadə etsə belə...

Qərarlı və cəsarətli ol! Həyat qorxaqları sevmir...

Öz üzərində daim çalış. Öyrən. İbrət al...

Bugünün işini sabaha qoyma! İşində dürüst, nizam-intizamlı ol!

Xətalardan qorxma, sadəcə onlardan ibrət almağı öyrən.

Dostlarının, insanların uğuruna sevin!

Tanımadığın insanların belə dərdinə üzül və yardım etməyə çalış!

Dostluqda sədaqətli ol!

Danışdığının iki mislini dinləməyi öyrən...

Dünyanın maddi zənginliklərini özünə dərd etmə... Unutma, verən də Odur, alan da... Hər saniyə nəfsinlə savaş!

Unutma, gerçək evimizə sadəcə bir neçə metrlik bezdən başqa heç bir şey apara bilməyəcəyik... Ölümü unutma! Yaradanı unutma!

O zaman gerçək bir insansan demək... O zaman ölümdən qorxmaya bilərsən...

Cənnətə xoş gəldin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm