Digər
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Müsavatdakı qarşıdurmadan DANIŞDI
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Müsavat Partiyasının sentyabrın 28-də planlaşdırdığı 8-ci qurultayı ilə bağlı təəssüratlarını bölüşüb.
R.Rəsulzadə Publika.az-a açıqlamasında Müsavat Partiyasının Qurultayında iştirak etmək istəyini də gizlətməyib:
“Hazırda mən rayondayam, istirahət edirəm. Əgər mən qayıdana kimi dəvət etsələr, böyük məmnuniyyətlə qurultayda iştirak edərəm. Ancaq bu məndən asılı olmayan məsələdir. Adətən, qurultaya dəvət olunursan. Əgər məni də qurultaya dəvət etsələr, iştirak edərəm”.
Müsavat partiyası daxilində yaranmış fikir ayrılığından da danışan R.Rəsulzadə bildirib ki, müsavatçılar bu problemi həll etməyə qadirdirlər:
“Bu, partiya mənsublarına aid olan məsələdir. Yəqin ki, Müsavat partiyasının nümayəndələri bütün bu problemləri də həll edəcəklər”.
Xatırladaq ki, Müsavat Partiyasının sonuncu qurultayı 2006-cı ildə keçirilib. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir. İsa Qəmbər 1992-ci ildən Müsavat Partiyasının başqanıdır.
Vasif Həsənli
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan