“Ölülər dağı”nın qurbanları – turist qruplarını kim ovlayır?
Bizi izləyin

Digər

“Ölülər dağı”nın qurbanları – turist qruplarını kim ovlayır?

Rusiyanın Sverdlovsk vilayətinin şimalında, Komi ilə sərhəddə anomal zona yerləşir. Sıldırımlıqlarla əhatə olunmuş ərazi mansi dilində “Ölülər dağı” adlanır. Ta qədimdən indiyədək bu yerlərdə itkin düşmüş, həlak olmuş insanların sayı-hesabı bilinmir.

Onları kim öldürür, sirli qatil kimdir – bunu bilən yoxdur. Bu dağla bağlı ən sirli hadisə isə 1959-cu ildə baş verdi. Həmin il məşhur alpinist Dyatlovun qrupu “Ölülər dağı”na yürüş etdi. Bu, onların həyatlarındakı son səyahət oldu.

“Ora getmə”

Dyatlovun qrupu 16 gün ərzində 350 kilometr yol qət edərək Oyko-Çukur dağının zirvəsinə çıxmalı idi. Dəstə 9 nəfərdən ibarət idi – İqor Dyatlov, Zinaida Kolmoqorova, Rüstəm Slobodin, Yuri Doroşenko, Yuri Krivinoşenko, Nikolay Tibo, Lyudmila Dubinina, Aleksandr Zolotarev və Aleksandr Kolevatov.

Maraqlıdır ki, dəstə üzvləri bu yerlərlə bağlı miflərlə tanış idilər. Dağlardakı zirvələrdən biri mansi dilindən tərcümədə “Ora getmə”, digəri isə “Doqquz ölünün dağı” adlanırdı. Bəlkə də, bu, təsadüf idi. Lakin Dyatlovun da dəstəsində 9 nəfər vardı.

Onları kim öldürüb?

Bilinən odur ki, Dyatlovun dəstəsi ilk gün xeyli yol qət edib “Xolat Sahili” adlı dağın ətəyində düşərgə qurur və gecəni burada keçirməyi qərara alırlar. Sonra nə baş verdiyi isə indiyədək qaranlıqdır. Dəstə itir. İki həftə keçsə də, onlardan səs-soraq gəlmir.

Nəhayət, xilasedicilər onları düşərgəsini tapır. Gördükləri mənzərə xilasediciləri dəhşətə salır.

Düşərgədəki ilk çadırın qarşısında dəstənin iki üzvünün meyiti vardı. 3-cü meyit isə elə çadırda idi. Onu içəridən sanki kimsə parçalamışdı.

Sonra izlər tapıldı. Qardakı ayaq izlərindən belə aydın olurdu ki, onları kimsə izləyib. Dəstə üzvləri müxtəlif istiqamətlərdə qaçmışdılar. Lakin bir qədər sonra izlər yenə birləşirdi. Sanki, kimsə onları ayrılmağa qoymayaraq bir istiqamətə yönəldib qovmuşdu.

Qalan meyitlər də tapıldı. Dyatlovun cəsədi başqalarından 300 metr aralıda idi. Təəccüblü olan bir məqam vardı. Meyitlərin dərisində nəinki zədə, hətta adi qançır belə yox idi. Bununla belə məlum oldu ki, onların qabırğası sındırılıb, kəllə sümükləri əzilib. Qızlardan birinin dili qopardılmışdı. İz qoymadan bunu necə etmək olardı?

Başqa bir məqam - ölən insanların başlarındakı saçlar ağappaq ağarmışdı. Halbuki onların hamısı gənc idi. Belə hal adətən insan dəhşətli bir şey gördükdə baş verir.

Nəhayət, əsas məqam – ekspertiza ölənlərin cəsədlərində, paltarlarında radiasiya aşkarladı.

Onları öldürənlərin insan olmadığı aşkar idi. Qatillərin heyvan olması da istisna idi. Bəs onda kim? Bəziləri bunun UNO olduğu versiyasını irəli sürdü. Yəni dəstəni yadplanetlilər məhv edib. Hər halda bu sirr açılmadı. SSRİ-nin ən yaxşı istintaqçıları bu cinayəti çözə bilmədilər.

Sonradan “Ölülər dağında” daha bir neçə insan dəhşətlə öldü.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm