Kanas gölündə dinozavr peyda olub – FOTO /VİDEO
Bizi izləyin

Digər

Kanas gölündə dinozavr peyda olub – FOTO /VİDEO

Çinin Rusiya, Qazaxıstan və Monqolustanla sərhəd olan Kanas qoruğundakı göldə elmə məlum olmayan nəhəng böyük məxluqun yaşaması haqda uzun illərdir danışılır.

Məhz bu əfsanələr qoruğa böyük turist ordusu cəlb edir. İl ərzində qoruğu təxminən 200 minədək insan ziyarət edir.

Əfasanələrin yaranmasına səbəb də var. Gölün ətrafında otlayan iribuynuzlu ev heyvanları qəfildən yoxa çıxır. Kəndlilər deyilər ki, inəkləri, atları, keçiləri sudan çıxan bədheybət məxluqlar ovlayır.

1985-ci ildə gölü Sinzyan Universitetinin biologiya fakültəsinin müəllim və tələbə heyəti tədqiq etməyə gəldi. Həmin vaxtı onlar göldə balığa oxşar, uzunluğu 10-15 metr, çəkisi 4 ton olan heyvan növü aşkarladılar.

İki illlik tədqiqatlar nəticəsində bu göldə belə məxluqlardan 30-40 ədədi aşkarlandı. Amma alimlər ev heyvanlarının məhz bu məxluqlar tərəfindən yeyildiyini sübut edə bilmədilər.

Hər halda, turistlər bu yaxınlarda nəhəng məxluqlardan birini yenidən görüblər. Onun uzunluğu 20 metrə çatırmış.

Çin mətbuatı isə Kanas gölündəki məxluqun peliozavr olduğunu iddia edir. Onlar bildirir ki, göldəki dinozavr haqda məlumatlara XIX əsrdə də rast gəlinib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm