Bütün dünya İlham Əliyevin müstəqil siyasət yürütməsini birdəfəlik qəbul edib
Bizi izləyin

Digər

Bütün dünya İlham Əliyevin müstəqil siyasət yürütməsini birdəfəlik qəbul edib

Millət vəkili: “İlham Əliyevin Putindən nümunə götürdüyünü iddia etmək...”

Milli Məclisin deputatı Fuad Muradov “facebook” səhifəsində Rusiyanın müxalifətçi “PARNAS” siyasi partiyasının həmsədri Boris Nemtsovun müsahibəsini şərh edib.

Publika.az-ın verdiyi xəbərə görə, deputat qeyd edib ki, Boris Nemtsovun Azərbaycan mediasına verdiyi müsahibədəki həyasız tonunu bu şəxsin ölkəmizə qarşı qərəzinin bariz göstəricisi saymaq olar.

“Bu başabəla siyasətçinin və mənsub olduğu komandasının vaxtilə Kremldə yüksək vəzifədə çalışarkən yol verdikləri korrupsiya əməlləri Rusiya siyasi sisteminin böhrana salan əsas amillərdən idi. İndi onun Azərbaycan barədə verdiyi “ekspert rəyi” bu baxımdan əhəmiyyətsizdir”, - deputat deyib.

F.Muradov bildirib ki, Azərbaycan prezidentinin fəaliyyəti barədə fikir yürütmək Nemtsov kimilərinin nə ağlı, nə də səviyyəsi imkan verir: “Nemtsov Rusiyada ciddi fiqur kimi qəbul olunmur. Bu adam hər yerdə yalnız öz maraqları naminə iş görməyi sevir. O, 1990-cı illərdə baş nazirin müavini olarkən ölkənin düşdüyü iqtisadi böhrandan belə şəxsi məqsədi üçün istifadə etməyə utanmamışdı. O, böhranla mübarizə üçün məmurların istifadə etdiyi xarici avtomobillərin yerli avtomobillərə dəyişmək ideyasını irəli sürmüşdü. Bunu etməkdə məqsədi himayə etdiyi avtomobil biznesindən külli miqdarda qazanc əldə etmək istəyi idi. Özünü “siyasətçi” adlandıran bu bədnam ekspertin İlham Əliyevin guya Putindən nümunə götürdüyünü iddia etməsi sadəcə siyasi korluqdur. Bütün dünya İlham Əliyevin müstəqil siyasət yürütməsini birdəfəlik qəbul edib. Dövlət başçımız yürütdüyü müstəqil siyasi xətt və apardığı islahatlardan bir çox Avropa ölkələri nümunə götürürlər. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan aparılan islahatların uğurlu nəticələrini əldə edir”.

F.Muradovun sözlərinə görə, B.Nemtsovun qərəzli olması elə verdiyi müsahibədə qabarıq şəkildə öz əksini tapıb: “Özünü Azərbaycan tərəfkeşi kimi sırımağa çalışan bu “tanınmış” siyasətçi nədənsə bir dəfə də olsun ölkəmizin işğal altında olan Dağlıq Qarabağ və digər rayonlarını yada salmaq istəməyib. Bu qərəzi ona yaxın olduğu deyilən TV-də gördük. Bir müddət əvvəl Nemtsova yaxınlığı ilə tanınan Rusiyanın RBK telekanalının Dağlıq Qarabağı “müstəqil ölkə” kimi təqdim etməsinin şahidi olduq. Bu elə çox mətləblərdən xəbər verir”.

Deputat qeyd edib ki, B.Nemtsov kimi siyasi dəllaların fikirlərini tirajlamaq sadəcə təəssüf doğurur. “Əgər Azərbaycanla bağlı məsləhət almaq üçün şəxslər lazım olarsa, Netmsov bu sırada heç axırıncı sırada belə yer tuta bilməz”- deyə F.Muradov bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm