Ərdoğan sabah Gülə böyük jest edəcək
Bizi izləyin

Digər

Ərdoğan sabah Gülə böyük jest edəcək

Türkiyənin xalq tərəfindən seçilən ilk prezidenti olan Rəcəb Tayyib Ərdoğan sabah Türkiyə Böyük Millət Məclisində edəcəyi andiçmədən sonra Çankaya Köşkünü 11-ci prezidenti Abdullah Güldən təhvil alacak.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan Gülə Şərəf Medalı verərək onu hərbi mərasimlə yola salacaq.

A.Gül Şərəf Medalını Çankaya Köşkündə keçiriləcək mərasimdə alacaq. Şərəf Medalı Türkiyə dövlətinin ən yüksək medalıdır. Medal Türkiyə Respublikasının təhlükəsizliyi, ölkənin və millətin bölünməz bütünlüyü, toplumun təhlükəsizliyi, birliyi və bərabərliyi üçün göstərdiyi fədakarlığa görə hökumətin təklifi və prezidentin icazəsi ilə verilir.

Bundan daha öncə 10-cu prezident Əhməd Necdət Sezər və 9-cu prezident Süleyman Dəmirələ Şərəf Medalı verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm