8 yaşlı qızı evləndirdilər (VİDEO)
Bizi izləyin

Digər

8 yaşlı qızı evləndirdilər (VİDEO)

8 yaşındakı qız uşağı 12 yaşındakı oğlanla evləndirilib.


ANS PRESS-in məlumatına görə, hadisə Əfqanıstanın şimalındakı Balh şəhərində bir kənddə baş verib.


Atası tərəfindən təxminən 2000 dollar başlıq pulu qarşılığında başqa bir ailəyə gəlin olaraq verilən Mina, hələ səkkiz yaşındadır və evliliyin nə olduğunu qavrayacaq bir yaşda deyil.


Minanın atası Mömin verdiyi qərarın doğru olduğunu və çarəsiz olduqları üçün belə bir yola müraciət etdiyini dilə gətirib. Mömin açıqlamasında, "Kəndin ağsaqqallarına ailəmin maddi vəziyyətini izah etdim və maddi imkansızlıqlar səbəbiylə qızıma baxa bilməyəcəyimi söylədim. Onlar da Minanın evləndirməmdə hər hansı bir problem olmadığını söylədilər.


12 yaşındakı kürəkən Sərdar isə evlilikdən xoşbəxt bir həyat istədiyini deyib. Adını açıqlamayan Sərdarın anası da bu evliliyin doğru bir qərar olduğunu söyləyib. Sərdarın anası açıqlamasında "Bu qız uşağı küçələrdə idi və heç kim onunla maraqlanmırdı. İndi oğlumla evləndi və artıq bizimlə daha yaxşı bir həyata davam edə bilər" deyərək evliliyi müdafiə edib.


Əfqan qanunlarına görə, kiçik yaşda evliliklər qadağan edilir. Ancaq bu qərar ölkədə çox icra olunmur. Xüsusilə maddi vəziyyətləri yaxşı olmayan ailələr üçün qızlarının evliliklərindən alacaqları başlıq pulları kasıblıqdan xilas olma vasitəsi kimi istifadə edilir. Qız uşaqlarının fikirləri heç nəzərə alınmadan ən yüksək başlıq pulunu verən kim isə qız o adam ilə evləndirilir.


Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Əfqanıstanda qız uşaqlarının 57 %-i hələ daha 18 yaşı olamadan evləndirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm