İŞİD-in öldürdüyü jurnalist İsrail vətəndaşıdır – Rəsmi
Bizi izləyin

Digər

İŞİD-in öldürdüyü jurnalist İsrail vətəndaşıdır – Rəsmi

İsrail Xarici İşlər Nazirliyi İŞİD tərəfindən öldürülən amerikalı jurnalist Steven Sotloffun İsrail vətəndaşı olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Sotlofun Mayamidə (ABŞ – red.) doğulduğu, lakin Suriyada yaxalanmazdan təxminən bir il əvvəl onun İsraildə yaşadığı və İsrail vətəndaşlığı aldığı qeyd edilib. Açıqlamada Sotloffun İsraildə bir müddət peşəkar şəkildə Amerika futbolunu xatırladan reqbini oynadığı bildirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı jurnalist Steven Sotloffun başının kəsildiyini göstərən bir video yayımlayıb.

Görüntülərdə “Time” və “Foreign Policy” nəşrləri üçün çalışan Steven Sotloffun başının kəsildiyi görünür. O, ötən ilin avqustunda Suriyada qaçırılmışdı.

ABŞ-ın Milli Təhlükəsizlik Şurası bu gün keçirdiyi mətbuat konfransında jurnalist Sotloffun başının kəsilməsi görüntülərinin həqiqət olduğunu təsdiq edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm