Dünyanın yeddi möcüzəsi!..
Bizi izləyin

Digər

Dünyanın yeddi möcüzəsi!..

On illərdir insanların beyinlərinə bu möcüzələr, Misir Piramidaları, Tac Mahal, Çin səddi… kimi anlayışlarla daxil olub. Yaxşı, bəs gerçəkdən də dünyanın yeddi möcüzəsi onlardırmı? Möcüzədimi onlar? – Heç bu barədə bilgiləri oxuyanda, “doğrumu, yalanmı?” deyə düşündünüzmü? Düşünmədinizsə, sizə deyim, bu barədə az da olsa, gerçəkdən (və gerçəkçi!) düşünənlər, əslində dünyanın yeddi möcüzəsinin başqa şeylər olduğunu söyləyərək, onların dəyərini bilməyə səsləyənlər var...

Bir gün bir qrup tələbədən çağdaş dünyanın yeddi möcüzəsinin nələr olduğunu düşündüklərinə dair bir siyahı hazırlamaları istənildi. Aralarında bəzi anlaşmazlığın çıxmasına baxmayaraq, ən çox səs alan “dünya möcüzələri” bu cür sıralandı:

Misirin Böyük Ehramları;

Tac Mahal;

Çin səddi;

Böyük Kanyon;

Panama Kanalı;

Empire State binası;

Müqəddəs Pyotr kilsəsi...

Müəllim səsləri toplayarkən səssizcə dayanan bir tələbə qızın hələ də kağızını vermədiyini fərq edir... Sonra tələbə-sinə hazırladığı siyahı ilə bağlı bir problemin olub-olmadığını sual edir. Tələbə qız isə “Bəli, bir az... O qədər çox şey var ki, qərar verə bilmirəm” deyir... Müəllim də tələbəsinə “Yaxşı, de görüm, siyahında nələr var, bəlkə biz sənə yar-dımçı ola bilərik” söyləyir.

Tələbə qız öncə duruxar və sonra oxumağa başlayır:

“Məncə, Dünyanın Yeddi Möcüzəsi:

Görmək;

Duymaq;

Toxunmaq;

Dadmaq;

Hiss etmək;

Gülmək;

Sevmək...”dir...

Gerçəkdən də məhz onlardır dünyanın yeddi möcüzəsi...

Onların biri olmadığı halda həyatınızı düşünün... sadəcə bir anlıq... O zaman gerçəkdən də məhz onların dünyanın yeddi möcüzəsi olduğunu anlayacaqsınız. Bu yeddi möcüzəyə malik insanlar isə nə üzüntüləri, çətinlikləri, əziyyətləri olsa da, dünyanın ən xoşbəxt insanlarıdır.

O üzdən dünyanın yeddi möcüzəsini başqa yerdə deyil, özümüzdə aramalı, şükr etməli və bizə bunları bəxş edən Yaradana (möcüzələrinə) layiqli bəndələr olmağa çalışmalıyıq.

Daha öncəki sıralananlar da qeyri-adi əsərlər, hadisələrdir, təbii – ancaq insan yaradan, insan əli ilə biçimlənənlərdir...

Oysa, möcüzə ilahi qatlıdır, ilahidən gəlmə hadisədir, onları bəndə verə, tasarlaya bilməzdi, onlarsız bəndə nə edə bilərdi?!. – Görməsə, Duymasa,Toxunmasa, Dadmasa, Hiss etməsə, Gülməsə, Sevməsə?..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm