• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Necə sirdaş istərdiniz?

  • Digər
  • 13 Sentyabr 2014 09:59
  • 717 Baxış
Necə sirdaş istərdiniz?

İki qonşu ölkənin hökmdarları bir-biri ilə savaşmaz-dı, amma hər fürsətdə bir-birini rahatsız edərdilər. Doğum günləri, bayramlarda qəribə ərməğanlar göndərərək qarşısındakına zəka göstərisi etmək üçün fürsət axtarardılar. Hökmdarlardan biri günlərin birində ölkəsinin ən önəmli heykəltaraşını hüzuruna çağırdı. Ondan qızıldan bir-birinin tam eynisi olan üç insan heykəlini düzəltməsini istədi. Aralarında bir fərq olacaqdı, amma bu fərqi sadəcə ikisi biləcəkdi.

Heykəllər hazırlandı və doğum günündə qonşu ölkə hökmdarına göndərildi. Heykəllərin yanına bir məktub da qoyulmuşdu. Heykəlləri hazırlatdıran hökmdar belə yazırdı:

“Doğum gününü bu üç qızıl heykəl ilə təbrik edirəm. Bu üç heykəl bir-birinin tam eynisi kimi görünə bilər, amma içlərindən biri digər ikisindən daha çox dəyərlidir. O heykəli tapdığında mənə xəbər et.”

Hədiyyəni alan hökmdar öncə heykəllərin çəkisini yoxlatdırdı. Üç heykəlin çəkisi tamamilə eyni idi. Hökmdar ölkəsində sənətdən nə qədər anlayan insan varsa, çağırtdı. Hamısı da heykəlləri böyük bir diqqətlə incələdilər, amma aralarındakı fərqi görə bilmədilər. Günlər keçdi. Bütün ölkə hökmdarın sıxıntısını duymuşdu və heç kim çözüm tapa bilmirdi. Sonunda hökmdarın hədsiz üsyankar olduğu üçün həbsə atdırdığı bir gənc xəbər göndərdi. Heykəllər arasındakı fərqi çözə biləcəyini, amma bunun üçün incələməsinə izn verilməsini istədi. Yaxşı təhsilli, ağıllı və zəka sahibi olan bu gənc hökmdarın bəzi addımlarına qarşı çıxdığı üçün zindana atılmışdı. Başqa çarəsi olmayan hökmdar bu gənci çağırt-dırdı. Gənc öncə heykəlləri diqqətlə incələdi, sonra çox incə bir tel gətirilməsini istədi. Teli birinci heykəlin qulağından saldı, tel heykəlin ağzından çıxdı. İkinci heykələ də eyni üsulu tətbiq etdi. Tel bu dəfə o biri qulağından çıxdı. Üçüncü heykəldə tel qulaqdan girdi, amma bir yerdən çıxa bilmədi. Ancaq telin sığa biləcəyi bir kanal qəlb cərgəsinə qədər enirdi, amma oradan başqa yerə getmirdi.

Cavan oğlan gəldiyi nəticəni anlatmağa başladı: “Böyük kralım, bu bilməcənin cavabının açıq bir kitab kimi qarşınızda durduğunu düşünürəm. Bizim, sadəcə, bu kitabı oxumağa çalışmağımız lazımdır. Gördüyünüz kimi, hər insanın bir-birindən fərqli olması kimi, bu üç heykəl də fərqlidir. Birinci heykəl bizə dərhal duyduqlarını başqalarına söyləyən insanları xatırladır. İkinci heykəl isə eşitdiyi bir qulağından girib digərindən çıxan insanlara bənzəyir. Üçüncü heykəl isə duyduqlarını özündə saxlayan və ona görə davranan insanlar kimidir. Hökmdarım, bu özəllikləri göz önündə qoyaraq heykəllərin dəyərinə qərar verə bilərsiniz.

Hansını sirdaş olaraq istərsiniz? Heç bir şeyi özündə saxlaya bilməyəni? Sözlərinizə sabun köpüyü qədər dəyər verməyəni? Yoxsa sözlərinizi etibar edilən bir tərzdə saxlayanı?”

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR