Sən kimsən?..
Bizi izləyin

Digər

Sən kimsən?..

Ünlü Çin filosofu Konfutsi təhsilli, təhsilsiz, savadlı, savadsız, ziyalı, cahil insanı ayıra bilmənin ilginc modelini irəli sürmüşdü. Filosof deyirdi ki, özünüzün və ya qarşınızdakının nə qədər savadlımı, savadsızmı, ziyalımı, cahilmi olmasını anlamanız üçün sadəcə doqquz məsələyə fikir verəcəksiniz. Bu fərq nə diplomla, nə bir neçə universitet bitirməklə müəyyən olunur...

1. Baxdıqlarında aydın, şəffaf, təmiz, bərraq görməyi düşünürlər;

2. Dinlədiklərində yaxşı duymağı düşünürlər;

3. Görünüşləri baxımından səmimi, sadə, mehriban olmağı düşünürlər;

4. Davranışlarında sayğılı olmağı düşünürlər;

5. Çıxışlarında, danışıqlarında doğru olmağı düşünürlər;

6. İşlərində ciddi olmağı düşünürlər;

7. Şübhəyə düşdüklərində sualları necə soruşacaqlarını düşünürlər;

8. Qəzəbləndikdə, öfkələndiklərində üzüntüləri, sorunları düşünürlər;

9. Qazancı gördüklərində ədaləti düşünürlər...

Konfutsiyə görə məhz bu 9 düşüncədir savadlını savadsızdan, ziyalını cahildən fərqləndirən...

Bir gün digər ünlü bir filosofdan – Falesdən “Səncə ən asan şey nədir?“ deyə soruşanda “ Başqasına nəsihət vermək” demişdi...

Kimsəyə nəsihət vermək fikrindən çox uzağam, amma məncə Konfutsinin bu fikri ətrafında ciddi düşünməyə dəyər.

– Əslində mən kiməm?!. – Bu qısa test mövzu barədə düşünmək üçün əla imkan yarada bilər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm