İlham Əliyev Britaniyanın keçmiş Müdafiə naziri ilə görüşdü
Bizi izləyin

Digər

İlham Əliyev Britaniyanın keçmiş Müdafiə naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib.

Publika.az AzərTAC-a istinadən xəbər verir ki, görüşdə Liam Foks bildirdi ki, coğrafi və geosiyasi baxımdan əlverişli ölkə olan Azərbaycanın getdikcə əhəmiyyəti daha da artır. O, müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim edib.

Ölkəmizin siyasi və iqtisadi baxımdan uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini məmnunluqla vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm