• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uğursuzluqla başlanan 2014

  • Digər
  • 16 Sentyabr 2014 10:14
  • 800 Baxış
Uğursuzluqla başlanan 2014

2014-cü ili sözün həqiqi mənasında uğursuz hesab edirəm. “Dünyanın sonu, qiyamət yaxınlaşırmı?” deyə düşünürəm, amma kainatın süquta uğramasını heç cür dərk edə bilmirəm. Yaradan bizim beyin sistemimizə dünyanın dağılması və ya gələcəklə bağlı bir həqiqət yerləşdirməyib. Bəsirət gözümüz qapalı olsa belə, gün gələcək, hər şey tamamilə açılacaq. Təbii ki, bu fikirlər mənim subyektiv düşüncələrimdir. Zatən, dünyanın sonu məni qətiyyən maraqlandırmır.

Bu il ölümlər, faciələr, fəlakətlər daha da kütləviləşərək qloballaşmaqdadır. Artıq, dünyada ən ucuz şey ölümdür. Yaddaşımda qalan ölümlər hər gecə məni narahat edir, sanki gecədən də, öz çarpayımdan da qorxuram. Türkiyənin Manisa vilayətində Soma mədən faciəsi, əsgərlərin şəhid düşməsi, kütləvi qırğınlar və.s. Ümumən türklər tarix boyu əziyyət çəkən xalq olub, lakin ayaqda qalmağı həmişə bacarıblar. Bununla belə, bu il mədəndə ölən fəhlələrin acısı bütün dünyanı sarmışdı. Bütün insanlıq göz yaşlarını silərək Tanrıya dua edir, artıq, ölümün biz türklərdən uzaq olmasını arzulayırdılar. Şair Yılmaz Erdoğanın mədənçilərə həsr etdiyi yazdığı şeiri isə unutmaq mümkünsüzdür:

“Hadi şimdi gider pusulasına yazın kardeşlerimizin vasiyetlerini.

Vergiden düşün babasız kalan çocukların acısını.

Soğuk rakamlar üzerinden bir hayat kurun karanlık ve ıslak maden dehlizlerinde.

Bu işin sorumlularını affetmeye hiçbir kulun gücü yetmez.

Bunu ancak Yaradan yapabilir…”

Dünya, insanlar və ölümlər. Yaponiyada, Çində güclü zəlzələlər. Afrikada acından ölən uşaqlar. Nigeriyada terrorçuların 30 nəfərdən çox dinc insanı qətlə yetirməsi. Ukraynada, Suriyada, Fələstin və İraqda yenə dəhşətli ölümlər, faciələr dünyanın necə də zalım olduğunu göstərməkdədir. Fikrimcə, dünyanı idarə edən qüvvələr planetdə sabitlik, sükut istəmir. Xaos, panika və ölümlər qətiyyətlə təbliğ edilir. Mediaya nəzər yetirsək, siyasi informasiyaları izləsək, o zaman ABŞ-ın bütün bu savaşlara imza atdığı qənaətinə gələrik. Bəli, hegemon dövlət Amerika dünyaya idarə və nəzarət edəndir.

Ölkəmizdə isə əvvəlcə gənclərin intihara meyl etməsi halları bir ara gündəmi zəbt etmişdi. Homoseksual bir gəncin intiharı sanki ölümlərə təkan vermişdi. Dəbə düşən intihar hadisələri virus kimi məmləkətimizin dörd bir tərəfinə hücum edirdi. Səhv etmirəmsə, Xaçmazda iki yeniyetmə məktəblinin intihar etməsi də ölkəmizi bir-birinə qatdı. Şəbəkələr dağılırdı.

Daha sonra əsgər və zabitlərimizin ermənilər tərəfindən atəşkəs rejimində şəhid olmaları ölkəni, milləti dərin hüznə qərq etdi. Diqqətimi bir şey çəkdi ki, sosial şəbəkələrdə hər kəs birlik, həmrəylik, vətən dedi...
2014-cü il hələ sona çatmayıb. Əgər əcəl qapımızı taqqıldadırsa bu bizim seçimimiz yox, Tanrının əmridir! Tanrı bizi həqiqətdən, ədalətdən məhrum etməsin!

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR