• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hər gün içinizdə daha çox nəyi bəsləyirsiniz?

  • Digər
  • 16 Sentyabr 2014 10:28
  • 493 Baxış
Hər gün içinizdə daha çox nəyi bəsləyirsiniz?

Yaşlı bir hindu qəbilə başçısı evinin önündə nəvəsi ilə oturub, yaxınlıqda bir-biri ilə boğuşan iki köpəyi izləyirdi. Köpəklərdən biri bəyaz, digəri isə qara idi və on iki yaşında-kı uşaq özünü tanıyandan bəri o köpəklər hər zaman baba-sının evinin önündə boğuşub dururdular.

Babasının həmişə göz önündə tutduğu, yanından ayırmadığı iki iri köpək idi bunlar. Uşaq evi qorumaq üçün bir itin kifayət etdiyi hal-da, ikincisinə ehtiyac olmasını, itlərinin rənginin birinin ağ, digərinin qara olmasının səbəbini öyrənmək istəyirdi. O, maraqla babasından bu barədə soruşanda yaşlı başçı müdrik bir təbəssümlə nəvəsinin başına tumar çəkd və dedi: “Onlar mənim üçün iki simvoldur, övlad...”

“Nəyin simvolu”, - deyə uşaq soruşdu.

“Yaxşılıq və pisliyin simvolu... Bu gördüyün köpəklər kimi, xeyir və şər içimizdə davamlı olaraq mübarizə aparır. Onları seyr etdikcə hər zaman elə bunu düşünürəm. Onun üçün onları yanımda saxlayıram.”

Uşaq bu zaman “mübarizə varsa, qazananı da olmalı” deyə düşündü və hər uşağa xas bitməyən suallarına yenisini əlavə etdi: “Baba, bəs, səncə hansı bu mübarizəni qazanar?”

Müdrik başçı dərin bir gülümsəmə ilə nəvəsinə baxdı və dedi: “Mən hansını daha yaxşı bəsləsəm, o!”

Bəli, biz içərimizdə nəyi çox bəsləyiriksə əməllərimizə, sonra da taieyimizə çevrilir...

Hər gün içinizdə daha çox nəyi bəsləyirsiniz? Hər gün bu barədə düşünməli və içimizdə nəyi bəslədiyimizə diqqət etməliyik... Unutmamalıyıq ki, insanlığımız məhz bundan asılıdır...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR