Amerikalı politoloqun proqnozunu Sergey Şoyqu doğruladı
Bizi izləyin

Digər

Amerikalı politoloqun proqnozunu Sergey Şoyqu doğruladı

Rusiya Silahlı Qüvvələri Cənub hərbi dairəsinin prioritetli məsələlərindən biri Krım istiqamətində qoşunların sayının artırılmasıdır.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Rusiya Müdafiə Nazirliyinin başçısı Ukraynada vəziyyətin gərginləşməsi və Rusiya sərhədlərində xarici hərbi təhlükənin artması ilə Krım istiqamətində qoşunlarının sayının kifayət qədər artırılacağını deyib.

S.Şoyqunun bu bəyanatı isə məşhur amerikalı politoloq Yuri Felştinskinin proqnozlarının əsassız olmadığını göstərir. O, Rusiya-Qərb qarşıdurması ilə bağlı qələmə aldığı məqalədə Rusiya üçüncü dünya müharibəsinə hazır olduğunu, müharibənin isə Krım və Şərqi Prussiyadan başlayacağını qeyd edib.

“Biz Rusiyanın ən uzaq Qərb nöqtəsi - Keniqsberq haqqında danışırıq. İndi bunu Krımda güclü hərbi müharibə meydanının yaradılması barədə Putinin son çıxışı ilə birləşdirəcəksiniz və anlayacaqsınız ki, rus ordusunun gələcək hücum əməliyyatları üçün iki müharibə meydanının yaradılmasından söhbət gedir: cənubda Krım və qərbdə Şərqi Prussiyada. Buraya Ukrayna ilə sərhəddəki rus qoşunlarının konsentrasiyasını əlavə edin. Həmçinin Belarusla birgə hərbi təlimlər keçirilir, ehtiyatda olanlar yay təlimlərinə çağırılır, Silahlı Qüvvələrə ayrılan vəsaitin artırılması barədə yüksək səviyyəli rəsmi bəyanatlar verilir. Siz həmçinin təlxək Jirinovskinin fitnəkar ritorikasına fikir verin və siz anlayacaqsınız ki, bütün bunlar Rusiyanın dünya müharibəsinə hazırlığını göstərir”, - amerikalı politoloq yazıb.

Qərbin bəzi analitikləri isə Ukraynada Rusiyanın növbəti müdaxiləsini məhz Krımdan edəcəyini proqnozlaşdırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm