Tərbiyəsiz Barbi gəlinciyi – FOTOLAR ,VİDEO
Bizi izləyin

Digər

Tərbiyəsiz Barbi gəlinciyi – FOTOLAR ,VİDEO

Uzun, sarı saçlı, yaraşıqlı bədənə və geyim üslubuna malik Barbi kuklasının söyüş söyməyini eşitmisinizmi?

İş ondadır ki, satışa buraxılmış oyuncaqlar uşaqların qulaqları üçün olmayan sözlərdən istifadə edir.

Şimali Uels sakini 25 yaşlı Talina Evans 7 yaşlı qızı üçün “danışan” Barbi kuklası alıb. Ana kuklanın köməkliyi ilə qızının nitq qabiliyyətini inkişaf etdirəcəyini düşünüb. Elə də olub. Kuklanın istifadə etdiyi sözlər həm uşağı, həm də böyükləri məəttəl qoyub.

İkinci uşağa hamilə olan qadın günlərin birində böyük qızının otağının yanından keçərkən uşağın kukla ilə oynaması onun diqqətini çəkib. Daha dəqiq desək, kuklanın istifadə etdiyi söz gənc ananı ayaq saxlamağa məcbur edib. Britaniyalı qadın qulaqlarına inanmayıb. Belə ki, uşaqlar üçün nəzərdə tutulmuş “danışan” kukla söyüşdən istifadə edib.

Talina kuklanı qızın əlindən alaraq onun sözlərinə ikinci dəfə diqqətlə qulaq asıb. Düyməni basdıqdan sonra qadın səhv etmədiyini anlayıb. Barbi eyni söyüşü təkrarlayıb.

Talina kuklanı mağazaya qaytarıb pulları geri almaq istəsə də, planı baş tutmayıb.

Kuklanı buraxan “Mattel İnc” şirkəti məsələ ilə bağlı şərh verməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm