• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Medvedev: “Qərb Moskvanın milli maraqlarını tanımaqdan imtina edir”

  • Digər
  • 19 Sentyabr 2014 18:30
  • 315 Baxış
Medvedev: “Qərb Moskvanın milli maraqlarını tanımaqdan imtina edir”

“Qərbdəki bir çox partnyorlarımız Rusiyanın milli maraqlarının olduğu faktını tanımaqdan imtina etməyə başladılar”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyası baş naziri Dmitri Medvedev Soçidə Olimpiya parkında keçirilən beynəlxalq investisiya forumunun XIII sərgisində deyib.

“Bizdə belə bir hiss var ki, bizim Qərb partnyorlarımız ümumiyyətlə Rusiyanın özünün milli maraqları olduğu faktını tanımaqdan imtina edirlər”, - deyə Medvedev “Avropa və Asiya arasında Rusiya: müasir şərtlərdə regional iqtisadi siyasət” mövzusunda keçirilən plenar iclasda deyib.

Xatıladaq ki, Rusiya baş naziri sərginin açılışında etdiyi çıxışında da Rusiya-Qərb münasibətlərinə toxunmuşdu. Rusiyanın yeni strategiyasının Avropadan mənasız qisas almağın olmadığını deyən Medvedev bunun hadisələrin inkişafının təbii gedişi və iqtisadi inkişafın dəyişən şərtlərə düşünülmüş cavab olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR