Ölüm elə bir vaxtda gəldi ki...
Bizi izləyin

Digər

Ölüm elə bir vaxtda gəldi ki...

Taleyin oyunu

Fransalı bir adam 1998-ci ildə intihar etməyə qərar verir. Bunun üçün dəniz kənarında bir yamaca çıxır. Götürdüyü ipin bir ucunu yamacdakı qayaya, digər ucunu isə boynuna keçirir. Daha sonra işini sığortalamaq üçün bir şüşə zəhər içir və özünü yandırır. Sonra da uçurumdan aşağı tullanır.

Özünü atan vaxt əlindəki silahla özünü başından güllə ilə vurur. Amma hər şey onun planlaşdırdığı kimi olmur. Silahdan çıxan güllə ondan yan keçərək boynundakı ipi qırır, uçurumdan çaya tullandığı üçün bədənindəki yanğın sönür, su çox soyuq olduğu üçün komaya düşür və zəhəri qusur. Onu sudan çıxaran balıqçı xəstəxanaya aparıb. Lakin intihar etmək istəyən şəxs sonunda muradına çatıb. Belə ki, bədən istiliyi çox aşağı düşdüyü üçün xəstəxanaya çatmamış vəfat edib.

Ata üçün bundan böyük dərd ola bilməzdi

İngiltərənin Stanford şəhərində bir qrup adam iş yoldaşlarının ad günü üçün parti hazırlayır. Hətta sifariş verdikləri tortun içindən çıxacaq rəqqasəyə qədər hər şeyi təşkil edirlər. Lakin adam tortun içindən çıxan çılpaq rəqqasəni görəndə infarkt keçirərək vəfat edir. Çünki tortun içindən çıxan öz qızı idi.

Tragedik nümayiş

1929-cu ildə İngiltərədə bir neçə yanğınsöndürən öz bacarıqlarını sərgiləmək üçün nümayiş keçirməyə qərar verir. Onların planına görə 9 uşaq yanan evdən qurtarılaraq təhvil veriləcəkdi. Yanğınsöndürənlərdən biri duman bombalarını unudub evi həqiqətən də yandırır. Yanğın zamanı uşaqların hamısı ölür, nümayişi izləyən əhali də uşaqların maneken olduğunu düşünərək yanğınsöndürənləri alqışlayır.

Ölümə aparan məşhurluq

24 yaşlı Peg Ensuistle heç vaxt məşhur aktrisa ola bilməyəcəyini düşünərək dağın başındakı “Hollywood” yazısının H hərfindən özünü ataraq intihar edir. Ölümündən sonra evinə gələn məktubu onun rəfiqəsi açır. Məktubda aktrisaya rol təklif edilirdi və film intihar edən qızdan bəhs edirdi.

Ölümünü gözləyən kral

1600-cü illərdə İspaniya kralı III Filip alovun qarşısında uzun müddət oturduğu üçün bədəni həddindən artıq isinib və ölüb. Bəs yaxşı, kral niyə isindiyini hiss etsə də, alovun qarşısından qalxmayıb? Çünki bu onun işi deyildi. Kralın stulunu alovdan uzaqlaşdırmaq üçün vəzifələndirilmiş işçi isə həmin gün sarayda olmayıb.

Öldürən yuxu

1857-ci ildə Geealeka Xhosa qəbiləsindən Cənubi Afrikalı bir qız qəribə yuxu görür. Yuxusuna görə qəbilə bütün mallarını yox etsə, onlar ağ adamlara qarşı zəfər qazana biləcəklər. Qəbilə də qızın yuxusuna uyğun hərəkət edərək hər şeyi yox edib və 25 min adam aclıqdan ölüb.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm