Poroşenko Donbas sakinlərinə Rusiya pasportları almağa icazə verdi
Bizi izləyin

Digər

Poroşenko Donbas sakinlərinə Rusiya pasportları almağa icazə verdi

Ukrayna Donbas hövzəsində Rusiya pasportlarının verilməsinə mane olmağa hazırlaşmır.

Publika.az-ın “RBK-Ukrayna” mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Onun sözlərinə görə, Donbas hövzəsinin sakinləri Rusiya pasportları alsalar belə, onlar Ukraynanın ərazisindəki Rusiya vətəndaşları kimi yaşayacaqlar.

“Heç kim Rusiya pasportu aldığı üçün təqib olunmayacaq. Həmin insanlar Ukrayna ərazisində yaşaya bilər, amma onların bunun üçün 90 gün müddəti olacaq. Sonra isə daimi yaşamaq üçün icazəni almalıdırlar. Ukrayna qanunvericiliyi ikili vətəndaşlığa icazə vermir. Kim Rusiya pasportunu almaq istəyirsə, bu, onun vətəndaş seçimidir. Amma həmim şəxs Ukraynada Ukraynanın qanunları ilə yaşayacaq", - prezident qeyd edib.

Xatırladaq ki, Ukrayna mediası separatçıların Donbasda nəzarət altında saxladığı yaşayış məntəqələrində məcburi qaydada Rusiya pasportları payladığını iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm