AYB qəzəbləndi
Bizi izləyin

Digər

AYB qəzəbləndi

“Azərbaycan Yazıçılar Birliyi dəfn məsələləri ilə məşğul olmur. AYB adından orda-burda yanlış məlumatlar yaymasınlar”.

Bu sözləri Publika.az-a AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

Xəyal Rza bu gün dünyasını dəyişən yazıçı Ələviyyə Babayeva ilə AYB-də vida mərasiminin keçirilməməsinə aydınlıq gətirib: “Vida, dəfn məsələləri ilə məşğul olan qurum var. Biz o halda bu işlə məşğul ola bilərik ki, kimsə bizə müraciət etsin. Ya imkansızlıq üzündən, ya da başqa səbəbdən. Qaldı ki mərhum yazarımız Ələviyyə Babayevanın vida mərasiminin AYB-də baş tutmamasına, onun ailə üzvləri buna görə bizə müraciət etməyib”.

Xəyal Rza onu da bildirdi ki, Ələviyyə Babayevanın dəfn mərasimində AYB-nin bütün kollektivi iştirak edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm