İsa Qəmbər Əli Kərimliyə dəyişildi, Müsavat AXCP-ni ittiham etdi
Bizi izləyin

Digər

İsa Qəmbər Əli Kərimliyə dəyişildi, Müsavat AXCP-ni ittiham etdi

Müsavatın gənc üzvü Teymur Məmmədli partiyasını AXCP-yə dəyişib. Publika.Az xəbər verir ki, Müsavat Partiyasının Binəqədi Rayon təşkilatının üzvü Teymur Məmmədli partiyadan istefa verib.

O, bu addımını Müsavatın Milli Şuradan çıxmasına etiraz olaraq atıb.T. Məmmədli bildirib ki, bundan sonra fəaliyyətini AXCP-də davam etdirmək istəyir və bununla bağlı AQXCP rəhbərliyinə müraciət edəcək.

“Azadlıq.info” xəbər verir ki, müsavatçı gənc onların redaksiyasına müraciət edərək istefasını təsdiq edib və bildirib ki, AXCP və onun sədri Əli Kərimli demokratiya uğrunda prinsipial, ardıcıl mübarizə apardığı, eləcə də AXCP-nin hazırda Rəsulzadə-Elçibəy yoluna sadiq ən güclü partiyalardan olduğu üçün bu partiyanın sıralarına qatılmaq istəyir: “Ona görə mən bu təşkilatın üzvü olmaqdan qürur duyaram. Mən əqidəsiz insan deyiləm. Sadəcə olaraq öz təməl prinsiplərinə sadiq olmayan təşkilatda qalmaqda istəmirəm”.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas isə Publika.Az –a açıqlamasında T. Məmmədlini tanımadığını, ilk dəfə gördüyünü deyib: “O oğlanı tanımıram, birinci dəfə də şəkildə gördüm. Müsavatın aktiv olan yüzlərlə gəncinin demək olar ki, hamısını tanıyıram, ancaq birinci dəfədir belə bir adam haqqında eşitdim. Ola bilər ki, kağız üzərində Müsavat Partiyasının üzvü olsun, ancaq onun partiyanın tədbirlərində, aksiyalarında, iclaslarında heç zaman görməmişəm”.

Müsavatçı gənclərin rəhbəri AXCP-ni belə təbliğat apardığı üçün qınayıb.“Bunlar siyasi təbliğat metodudur, ümumiyyətlə mən təəssüf edirəm ki, ölkədə daha mütərəqqi siyasi sistemin qurulması üçün çalışdığını iddia edənlər belə siyasi təbliğat metodlardan yararlanırlar”-deyə Ə. Abbasov xəbəri təkzib edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm