"Galatasaray"la "Fənərbaxça" bir kuboku yarıya necə böldülər? - FOTOLAR
Bizi izləyin

Digər

"Galatasaray"la "Fənərbaxça" bir kuboku yarıya necə böldülər? - FOTOLAR

"Galatasaray"la "Fənərbaxça" bir kuboku yarıya necə böldülər? - FOTOLAR

Azərbaycanda da sevilən Türkiyənin ən güclü futbol komandaları - "Galatasaray" və "Fənərbaxça" ilə bağlı maraqlı faktlar mövcuddur.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, 17 yanvar 1909-cu ildə 2:0 hesabla "Galatasaray"ın qalib gəldiyi ilk qarşılaşmadan sonra komandalar dəfələrlə bir-birinə qarşı yaşıl meydanşada mübarizə aparıblar.

"Aslanlar"la "Sarı lacivərdlər" bu günə qədər 380 dəfə qarşılaşıblar.

30 Mart 1958-ci ildə Ankarada "Baş Nazirlik Kuboku" uğurunda aparılan mübarizəni mərhum baş nazir Adnan Menderes də izləyirdi. Oyun 1:1 hesabı ilə bitir. Əlavə vaxtda da heç bir tərəf üstünlük əldə edə bilmir.

O zaman komandalardan birinin önə çıxması üçün qapılara 11 metrlik cərimə zərbəsi kimi qaydalar da mövcud deyildi. Beləcə, kubokun ortadan ikiyə bölünməsinə qərar verildi.

Stadiona usta çağırılır və kubok ortadan bölünərək komandaların kapitanlarına təhvil verilir. Həmin kubokun hissələri bu günə qədər "Galatasaray" və "Fənərbaxça"ya aid muzeylərdə saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm