• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Cəbhədəki vəziyyətlə bağlı hansı müzakirələr olub - rusiyalı həmsədr açıqlayır

  • Digər
  • 5 Fevral 2014 18:13
  • 667 Baxış
Cəbhədəki vəziyyətlə bağlı hansı müzakirələr olub - rusiyalı həmsədr  açıqlayır

Azərbaycan və Ermənistan müdafiə nazirlərinin təmas xəttindəki vəziyyətlə bağlı fikirləri fərqlənir. Trend-in Panorama.am saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra brifinqdə deyib:

"Biz Bakıda Vyanada başladığımız danışığı davam etdirdik. Bundan başqa, təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı məsələləri müzakirə etdik, müdafiə naziri ilə görüşdük və o, təmas xəttindəki insidentlə əlaqədar öz versiyasını təqdim etdi. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyində olduq, nazir Seyran Ohanyanla görüşdük və o da insidentlə bağlı öz fikrini söylədi. Hər iki versiya bir-birindən fərqlənir. Buna baxmayaraq, mövcud istiqamətdə işləyirik".

Onun sözlərinə görə, hər iki tərəfdən insan ölümü faktları ciddi itkidir və sülh danışıqlarına zərər yetirir: "Biz ümid edirik ki, atəşkəs rejiminə əməl olunacaq. Biz Azərbaycan tərəfini də buna çağırdıq. Bu mövzunu Ermənistanın müdafiə naziri ilə müzakirə etdik və Serj Sarkisyanla eyni mövzunu müzakirə etməyi planlaşdırırıq".

İ.Popov onu da qeyd edib ki, görüşlər zamanı həmsədrlər danışıqların əsas prinsipləri ilə bağlı məsələləri müzakirə etməyi, həmçinin Parisdə XİN rəhbərləri ilə görüşdə müzakirə edilən variantları təqdim etməyi planlaşdırırlar: "Parisdə yetərincə konstruktiv danışıq baş tutdu. Bütün məsələlər həll edilib, bəzi ziddiyyətlər qalır. Bu məsələlər üzərində də işləməyə davam edirik".

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR