Digər
Pensiyaçılara şad xəbər
Bu ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1899,1 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Bu barədə Publika.az-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
8 ay ərzində Fondun gəlirləri 1904,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 154,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1107,9 milyon manata çatıb. Bu daxilolmaların 64,8 faizi və ya 717,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 83,1 milyon manat çoxdur.
Ölkə üzrə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artır. Belə ki, bu göstərici 2006-cı il yanvarın 1-nə 29,8 manat olduğu halda, 2007-ci il yanvarın 1-nə 41,1 manat, 2008-ci il yanvar 1-nə 62,9 manat, 2009-cu il yanvarın 1-nə 95,8 manat, 2010-cu il yanvarın 1-nə 100,4 manat, 2011-ci il yanvarın 1-nə 112,9 manat, 2012-ci il yanvarın 1-nə 145,1 manat, 2013-cü il yanvarın 1-nə 152 manat təşkil edib. Hazırda isə ölkə üzrə pensiyaların orta aylıq məbləği 172,2 manata çatıb.
Nəticədə, müasir sığorta-pensiya sisteminin fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb.
Bu il 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 284 974 nəfər təşkil edib. Onların 61,1 faizini yaşa görə, 28,1 faizini əlilliyə görə, 10,8 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.
Qeyd edək ki, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi sentyabr ayının 24-ü tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.
Gülxar
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov