İlham Əliyev Xəzərdə hərbi fəaliyyətdən danışdı
Bizi izləyin

Digər

İlham Əliyev Xəzərdə hərbi fəaliyyətdən danışdı

"Xəzərdə hərbi fəaliyyət bütün xəzəryanı dövlətlər üçün təhlükəsizliyin bərabər şərtlərlə təminatı prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı dövlətlərin IV sammitində çıxışı zamanı deyib.

Azərbaycanın hərbi və hərbi-texniki sahələrdə Xəzəryanı qonşuları ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayan Əliyev təhlükəsizliyin təminatının bərabər şərtlərlə olmasının vacibliyini bildirib:


"Bu region ölkələri arasında qarşılıqlı etibarın gücləndirilməsinə xidmət edəcək. Xəzər dənizi dünya ölkələri ilə dostluğun, əməkdaşlığın və mehribanlığın inkişafında əhəmiyyətli rol oynayır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm