• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kəmaləddin Heydərov: "BMT ilə əlaqələr yüksək səviyyədədir"

  • Digər
  • 2 Oktyabr 2014 20:09
  • 558 Baxış
Kəmaləddin Heydərov: "BMT ilə əlaqələr yüksək səviyyədədir"

Oktyabrın 2-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, nazir, ilk növbədə, xanım Helen Elizabet Klarka nazirliyin və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, BMT-nin müvafiq qurumları ilə ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının əhəmiyyətini qeyd edib.

Kəmaləddin Heydərov bildirib ki, FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi uğurla həyata keçirilir, nazirliyin qurumları BMT-nin digər strukturlarının təşkil etdikləri beynəlxalq tədbirlər və təlimlərdə fəal iştirak edirlər.

Qonaq, öz növbəsində, səmimi görüşə və fəal əməkdaşlığa görə təşəkkür edərək bildirib ki, Azərbaycanda fəlakət risklərinin idarə olunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilib.

Görüşdə FHN və BMT İnkişaf Proqramının həyata keçirdikləri birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı” ilə tanış olublar.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR