Qəbələdə də güclü zəlzələ olub
Bizi izləyin

Digər

Qəbələdə də güclü zəlzələ olub

Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) Respublika Seysmoloji mərkəzindən trend-ə bildiriblər ki, bu gün yerli vaxtla saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb.

Yerin 5 km dərinliyində baş verən zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.

Qəbələ Rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, hələlik zəlzələ ilə əlaqədar rayonda hər hansı dağıntı faktı qeydə alınmayıb. Bununla yanaşı, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri araşdırma aparırlar.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 05:25:37-də Şəkidə də zəlzələ baş verib. Zəlzələ Şəkidən 6 km şimali-şərqdə, yerin 9 km dərinliyində qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.

trend.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm